Rusiyanın 200-cü motoatıcı briqadanın zabiti Donbasda öldürülüb - FOTO
Bizi izləyin

Dünya

Rusiyanın 200-cü motoatıcı briqadanın zabiti Donbasda öldürülüb - FOTO

Ukrayna antiterror qüvvələri Donbasda Rusiya Silahlı Qüvvələrinin zabitini öldürüb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, həmin şəxs 200-cü motoatıcı briqadanın 1-ci motoatıcı batalyonun tank əlehinə bölüyün komandiri Yevgeni Trundayevdir.

"Yevgeni Trundayev könüllü deyil, Rusiya Silahlı Qüvvələrinin zabitidir. Yevgeni 8275 saylı hərbi hissədə xidmət edirdi. Hərbi hissə Murmansk vilayətinin Peçenqa şəhər tipli qəsəbəsində yerləşir. O, birdən-birə Ukraynada peyda oldu. Yevgeni 15 oktyabrda – “atəşkəs rejimi” və Rusiya qoşunlarının “sərhəddən geri çəkilməsi”ndən sonra öldürülmüşdü”, - deyə rusiyalı bloqer Andrey Malqin yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm