Gülənin polisləri yaxalandı – 27 nəfər
Bizi izləyin

Dünya

Gülənin polisləri yaxalandı – 27 nəfər

Türkiyənin Kilis şəhərində “qanunsuz dinləmə” əməliyyatları çərçivəsində çoxlu sayda polis həbs edilib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Kilis prokurorluğu bu gün yerli vaxtla saat 06:00-da hüquq mühafizə orqanlarındakı qanunsuz dinləmələrlə əlaqədar əməliyyata başlayıb. Aralarında Diyarbəkir Polis Məktəbində işləyən keçmiş kəşfiyyat şöbə müdiri də olmaqla çoxlu sayda polis saxlanılıb.

Tibbi müayinədən keçirilən polislər ədliyyəyə göndərilib. Kilis prokurorluğundan verilən açıqlamada “qanunsuz dinləmə” əməliyyatları çərçivəsində 27 nəfərin həbs edildiyi və bu rəqəmin daha da artacağı bildirilib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm