Brüsseldə yüz minlik aksiya
Bizi izləyin

Dünya

Brüsseldə yüz minlik aksiya

Brüsseldə yüz min işçi Belçika hökumətinin azad bazar islahatlarına etiraz olaraq aksiya keçirib.

Publika.az xəbər verir ki, polislə qarşıdurma zamanı 14 adam xəsarət alıb. Nümayişçilər polisə daş və fişənglərlə hücum edib, maşınları yandırıb. Polis onlara qarşı gözyaşadıcı qaz və təzyiqli sudan istifadə edib.

Nümayişçilər pensiya yaşının 65-dən 67-yə qaldırılması, maaşların dondurulması və ictimai xidmətlərin ixtisarına qəzəblənib.

Hökumət isə büdcə defisitinin Avropa İttifaqının tələblərinə uyğun saxlanılması üçün ixtisarlara ehtiyac olduğunu bildirir.

Həmkarlar İttifaqları tələbləri qarşılanmayaınca kampaniyalarını davam etdirəcəkləri ilə hədələyib.

Dekabr ayının 15-də ökədə ümumi tətil planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm