Mədəndən 2 cəsəd tapıldı
Bizi izləyin

Dünya

Mədəndən 2 cəsəd tapıldı

Ermenəkdə kömür mədənində baş verən qəza zamanı su altında qalan 18 fəhlədən ikisinin cəsədi tapılıb.

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Enerji və Təbii Sərvətlər Naziri Tener Yıldız açıqlama verib. Onun sözlərinə görə, bir neçə günlük axtarışlardan sonra iki nəfər fəhlənin cəsdinin olduğu yer müəyyən edilib. Sadəcə mədəndə baş verən çöküntülərə və metan qazının yığılmasına görə, ora girmək risklidir. Müəyyən təmizlik işləri görüldükdən sonra cəsdlər çıxrılaraq tibbi ekspertizaya göndəriləcək. Nazir deyib ki, cəsədlərin kimliyini müəyyən etmək üçün DNT testi keçiriləcək.

Qeyd edək ki, oktyabrın 28-də Türkiyənin Karaman əyalətinin Ermenək mahalı yaxınlığındakı kömür mədəni çöküb. Nəticədə mədənə su yığılıb. 34 fəhlədən 16-ı çıxa bilsə də 18 nəfər suyun altnda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm