“Kürdlərin Suriyada dövlət qurmasına icazə vermərik”
Bizi izləyin

Dünya

“Kürdlərin Suriyada dövlət qurmasına icazə vermərik”

Suriya xarici işlər naziri Valid Əl-Muallim kürdlərin Suriyanın şimalında ayrı bir dövlət qurmasına icazə verməyəcəklərini deyib.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, xarici işlər naziri kürdlərin ayrılmasını qəbul etməyəcəkələrini bildirib. Valid bu barədə Livanın Əl-Əhbər qəzetinə açıqlamasında qeyd edib.

Suriyanın şimalında yaşayan kürdlərin Suriyadan ayrılması haqqında danışan Əl-Muallim “Suriya şimalda kürdlərin ayrılmasına icazə verməz və bunu tanımaz. Kürdlərin çoxluq təşkil etdiyi yerlərdə öz hakimiyyətlərini qurması və muxtar respublika kimi məsələlərin olması da tamamilə müharibə şərtləri ilə bağlıdır” deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm