YPG-yə ağır zərbə: “İŞİD 250 döyüşçümüzü öldürüb”
Bizi izləyin

Dünya

YPG-yə ağır zərbə: “İŞİD 250 döyüşçümüzü öldürüb”

Kobani bölgəsində döyüşlər tam şiddəti ilə davam edir.

Publika.az xəbər verir ki, Kobaninin cənubunda güclü, qərb cəbhəsində isə zəif olan İŞİD əsasən kamikadze hücumundan istifadə edir. Daha çox cənubda kamikadzelərdən istifadə edən terror təşkilatı bu istiqamətdə bütün kəndləri ələ keçirib.

Kobanidə təxminən 2000 YPG-çinin (PKK terror təşkilatının Suriya qolu) və 1500 mülki insanın olduğu güman edilir. YPG sözçüsü Polad Can açıqlamasında 53 gündür davam edən döyüşlərdə 250 döyüşçülərinin öldüyünü deyib. İddiaya görə, qarşı tərəf 3 min yaraqlısını itirib.

Kobanini İŞİD-dən təmizləyəcəklərini deyən Can İŞİD-ə qarşı şəhərdə YPG, ASO və peşmərgələrin döyüşdünü qeyd edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm