Suriya Rusiyadan silah istədi
Bizi izləyin

Dünya

Suriya Rusiyadan silah istədi

Suriya gələcəkdə ölkəyə qarşı hər hansı bir təhlükənin qarşısını almaq üçün Rusiyadan keyfiyyətli silah istəyib.

Publika.az xəbər verir ki, bu barədə Suriya xarici işlər naziri Valid Muallim Livanin “Əl-Əhbər” qəzetinə açıqlamasında deyib. Nazir bu tələbi “Türkiyə tərəfindən gələ biləcək istənilən təhlükənin qarşısını almaq üçün strateji bir qərar” olaraq qiymətləndirib.

Xarici işlər naziri “Əl-Əhbər”ə açıqlamasında Suriya hökumətinin Rusiyadan 1 milyard dollar məbləğində kredit tələb etdiyinə dair iddiaları təkzib edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm