ABŞ-ın baş prokuroru ilk dəfə afroamerikalı ola bilər
Bizi izləyin

Dünya

ABŞ-ın baş prokuroru ilk dəfə afroamerikalı ola bilər

ABŞ prezidenti Barak Obama şənbə günü ABŞ-ın baş prokuroru postuna Loretta Linçin namizədliyini rəsmən irəli sürəcək.

Obama şəxsən Ağ evdə müddəti başa çatmaqda olan baş prokuror Erik Xolderin yanında Linçin namizədliyinin irəli sürülməsini elan edəcək, prezidentin mətbuat katibi Coş Ernest bildirib.

Baş prokuror vəzifəsini ilk dəfə əlli beş yaşlı afroamerikalı Linç tuta bilər.

2010-ci ildən o, Nyu-Yorkun şərq dairəsi üzrə prokuror vəzifəsində xidmət edib və bu vəzifədə Bill Klintonun prezidentliyi dövründə də olub.

2009-ci ilin fevralından baş prokuror vəzifəsini tutan Erik Xolderin istefası barədə sentyabrın sonunda məlum olub.

trend.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm