Sərkisyanın Kreml səfəri Qarabağ alverinin başlanmasıdır
Bizi izləyin

Dünya

Sərkisyanın Kreml səfəri Qarabağ alverinin başlanmasıdır

“Qarabağda hərbi təlimlərin başlanmasının Serj Sərkisyanın Moskvaya səfəri ilə üst-üstə düşməsi təsadüf deyil”.

Axar.az Vestikavkaza.ru-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Lomonosov adına Moskva Dövlət Universitetinin Analitik İnformasiya Mərkəzinin Baş direktorunun müavini, ekspert Andrey Petrov çıxış edib. O bildirib ki, bu addımlarla Azərbaycan provokasiyaya cəlb olunur:

“Baxın, İrəvan Qarabağda təlimlərə başlamaqla Azərbaycanı provokasiyaya çəkməyə çalışır. Bu məqamda isə Sərkisyan Moskvaya gedir və bütün bu hadisələr pozitiv fikirlərin səsləndirildiyi Paris görüşündən cəmi 10 gün sonra baş verir. Mənim fikrimcə, biz artıq Dağlıq Qarabağ ətrafında alverin başlanmasının şahidi oluruq.

Qarabağ ətrafında nəyin müzakirə edilməsindən asılı olmayaraq, işğal olunmuş torpaqlar Bakıya qayıtmalı və məcburi köçkünlər yurdlarına dönməlidirlər. Bunların heç biri hazırda İrəvana sərf etmir. İrəvan təlimlərdə əsgərlərini yerləşdirməklə Azərbaycanı provokasiyaya çəkməyə çalışır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm