Prezident: "Rus dilini dövlət dili kimi tanımaq olmaz"
Bizi izləyin

Dünya

Prezident: "Rus dilini dövlət dili kimi tanımaq olmaz"

“Ukraynada rus dilinin dövlət dili kimi tanınması mümkün deyil”.

ANS-in məlumatına görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Milli Taras Şevçenko mükafatının təqdimedilmə mərasimində səsləndirib. Bu barədə prezidentin mətbuat xidmətinin saytında da xəbər yer alıb.

“Biz ukraynalılar fərqli dillərdə danışırıq, lakin bunlardan sadəcə Ukrayna dili xüsusi dövlət statusuna sahibdir və bu statusu daima saxlayacaq”, – deyə Poroşenko bildirib.

Ukrayna prezidenti sonda nə qədər ki Ukrayna dili yaşayır, Ukraynanın da yaşayacağını və bunun heç vaxt şübhə altna alınmasına imkan verməyəcəklərini vuırğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm