Gela Vasadze: “Gürcüstanda növbəti inqilab ola bilər”
Bizi izləyin

Dünya

Gela Vasadze: “Gürcüstanda növbəti inqilab ola bilər”

“Gürcüstanda baş verənlərdə qismən Kremlin də təşəbbüsü var”.


Publika.az xəbər verir ki, bunu gürcü ekspert Gela Vasadze ölkəsində baş verən hökumət böhranını şərh edərkən bildirib.


Onun sözlərinə görə, Ukrayna hadisələrinin Qafqaza, eləcə də Gürcüstana böyük təsiri olub.


“Baş verən hökumət böhranında rusiyapərəstlər və qərbpərəstlər üz-üzə dayanıb. Böhranın hansı tərəfin təşəbbüsü olduğunu demək çətin olsa da, onların hər biri öz maraqlarından çıxış edir. Hazırda “Gürcü arzusu” zəifləyir. Güman ki, parlamentdə əksəriyyət onların əlindən çıxacaq və bu, erkən parlament seçkilərinə, eləcə də digər proseslərə gətirib çıxara bilər. Hökumət bu şəkildə davranmaqda davam etsə, bu, siyasi gələcəyin itirilməsi deməkdir”, - deyə ekspert bildirib.


Gürcü ekspert rusiyapərəstlərin qələbəsini istisna edir. Onun fikrincə, bu mümkün olmayacaq, amma baş verənlər xalqı qəzəbləndirə, ölkədə növbəti inqilab ola bilər: “Biz bu prosesləri yaşamışıq. Daxili problemlər başlayır, şişir, nəticədə inqilab baş verir. Gürcüstana növbəti iğtişaşlar lazım deyil. Buna görə də hökumət vəziyyəti düzəltməlidir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm