Obama avropalıları Rusiyaya qarşı birləşməyə çağırdı
Bizi izləyin

Dünya

Obama avropalıları Rusiyaya qarşı birləşməyə çağırdı

“Rusiyanın Ukraynaya qarşı siyasəti Avropadan azadlıq və demokratiya üçün birləşməyi tələb edir”.

Publika.az-ın məlumatına görə, bunu Berlin divarının yıxılmasının 25 illiyi ilə bağlı bəyanat verən ABŞ prezidenti Barak Obama deyib. Obamanın bəyanatı Ağ Evin saytında yerləşdirilib.

Berlin divarının yıxılmasının əhəmiyyətini vurğulayan ABŞ prezidenti Avropanın yeni təhlükə ilə üz-üzə qaldığını qeyd edib: “Rusiyanın Ukraynaya qarşı siyasəti göstərir ki, vahid, azad və dinc Avropa qurulması üçün əlavə səy göstərmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm