Putin Orta Asiyanı itirir
Bizi izləyin

Dünya

Putin Orta Asiyanı itirir

“Mərkəzi Asiya ölkələri Rusiyadan imtina edib, Çinə doğru yönəlirlər”.

Axar.az xəbər verir ki, bu barədə “Blumberg” agentliyinin araşdırmasında qeyd olunub. Agentliyə görə, Rusiyanın Ukraynaya hücum etməsi Mərkəzi Asiya ölkələrini qorxudur.

“Blumberg” nümunə olaraq, Çin ilə Avropa arasında İpək Yolunu yenidən canlandırmaq üçün Çinin Mərkəzi Asiyanın bütün dəmiryolu, şosse və boru xəttlərinə 16,3 milyard dollarlıq investisiya planlaşdırmasını göstərir.

Pekinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq etmək üçün bir çox səbəbi var. Mərkəzi Asiya ölkələri təbii qaynaqları ilə zəngindir. Məsələn, Qazaxıstan böyük neft istehsalçısı olub. Qonşu Qırğızıstanda bir çox yeraltı mədənləri, Türkmənistanda isə təbii qaz var.

Agentlik xatırladır ki, Putin Qazaxıstan və Qırğızıstanı Gömrük İttifaqına dəvət edərkən, SSRİ dövründə olan əlaqələri bərpa etmək istəyir.

Lakin Rusiya iqtisadiyyatının bugünkü durumunda Putin bu ölkələrə Çin qədər pul təklif edə bilmir. Belə olan halda Rusiya iqtisadiyyatının çöküşü Mərkəzi Asiya ölkələrini Çinə yaxınlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm