İŞİD-dən sonra Əl-Nusra təhlükəsi
Bizi izləyin

Dünya

İŞİD-dən sonra Əl-Nusra təhlükəsi

Kobaninin qərbindəki Efrin kantonunun (öz idarəçiliyi olan bölgə) baş naziri Hevi Mustafa Əl-Qaidənin Suriya qolu olan Əl-Nusra tərəfindən mühasirəyə alındıqlarını elan edib.

Publika.az xəbər verir ki, Suriyada vətəndaş müharibəsi başlayan zaman PKK terror təşkilatının Suriya qolu olan YPG tərəfindən işğal edilən Kobaninin daxilindəki bölgələr üçün yeni təhlükələr yaranıb. Artıq dünəndən Kobaninin Efrin kantonu Əl-Nusra tərəfindən mühasirəyə alınıb.

Hevi Mustafa “Reuters” agentliyinə müsahibəsində beynəlxalq koalisiyanın Kobaniyə verdiyi dəstəyə görə minnətdarlıq edib: “Bir az gecikmiş dəstək idi. Biz də eyni dəstəyi gözləyirik. Dəstək olsa, Kobanidəki vəziyyət təkrarlanmaz”.

Qeyd edək ki, Kobanidən qaçan 200 min adamın Efrinə yerləşməsi ilə bölgədə əhalinin sayı bir milyona yaxınlaşıb. Efrin Kobanidən 25 kilometr məsafədədir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm