Mədən faciəsinə görə 7 nəfər həbs edilib
Bizi izləyin

Dünya

Mədən faciəsinə görə 7 nəfər həbs edilib

Ermenekdə 18 işçinin torpaq altında qaldığı kömür mədəni faciəsi ilə əlaqəli olaraq 7 nəfər saxlanılıb. Bir nəfər barəsində isə axtarış elan olunub.

Publaika.az xəbər verir ki, bu bar.də Enerji və təbii sərvətlər naziri Tener Yıldız açıqlama verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında mdədn sahibi və şərikləri də var. Nazir bildirib ki, ilkin araşdırmalar zamanı mədəndəki iş prosesində ciddi nöqsanlara yol verildiyi məlum olub. Belə ki, köhnə mədənə 6 metrəyə qədər yaxınlaşılıb. Bu da qəzanın baş verməsinin əsas səbəbi olub.

Xatırladaq ki, 12 gün öncə Ermenekdəki kömür mədənində baş verən faciə nəticəsində 18 nəfər su altında qalıb, onlardan hələlik ikisinin meyiti tapılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm