Əl-Bağdadi öldümü?: İŞİD-dən RƏSMİ AÇQILAMA
Bizi izləyin

Dünya

Əl-Bağdadi öldümü?: İŞİD-dən RƏSMİ AÇQILAMA

İŞİD lideri, xəlifə Əbu Bəkr əl-Bağdadinin yaralandığı təsdiq edilib.

Publika.az xəbər verir ki, bu barədə terror təşkilatının sözçüsü Əbu Məhəmməd əl-Adnani Tvitter hesabında açıqlama verib. O, öz hesabında paylaşdığı yazıda Xəlifənin ölməsi ilə bağlı yayılan məlumatları təksizb edib. Bununla belə İŞİD liderinin yaralandığını təsdiq edən Adnani, hazırda Bağdadinin səhhətinin yaxşı olduğunu yazıb.

Eyni zamanda o, xəlifə ölsə belə, xilafətin süqut etməyəcəyini bəyan edib.

"Xəlifənin ölməsi ilə xilafətin dağılacağınımı zənn edirsiz?", - Adnani yazıb.

Qeyd edək ki, ötən gün İraq rəsmiləri ABŞ hərbi hava qüvvələrinin Mosul yaxınlığında İŞİD liderlərinin hərbi karitejini vurduğu, qruplaşmanın liderlərinin bəzilərinin ölməsi, o cümlədən əl-Bağdadinin yaralandığı və ya öldüyü haqqında məlumat yaymışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm