İŞİD hərbi karvanında ölənlərin adları açıqlanıb
Bizi izləyin

Dünya

İŞİD hərbi karvanında ölənlərin adları açıqlanıb

İraq Hərbi Hava qüvvələrinin Bağdadın qərbinə endirdiyi zərbələr nəticəsində ölən işid liderlərinin bəzilərinin adları açıqlanıb.

Publika.az xəbər verir ki, öldürülənlər arasında İŞİD liderinin sağ əli olan müavini Əbu Xəzifə əl-Yamani və qruplaşmanın daha 27 üzvü də var. Öldürülənlərin 11-nin əcnəbi muzdlu döyüşçülər olduğu bildirilir.

İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadinin taleyi isə məlum deyil. “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, o, antiterror koalisiyasının Əl-Kaim şəhəri yaxınlığındakı hava hüçumları zamanı ağır yaralanıb. Amma nə ABŞ rəsmləri, nə də İraqın hakimiyyət nümayəndələri əl-Bağdadinin aviazərbələr endirilən yerdə olduğunu tam əminliklə təsdiq, yaxud təkzib edə bilmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm