Ərdoğan: "Bu, Atatürkə hörmətsizlikdir..."
Bizi izləyin

Dünya

Ərdoğan: "Bu, Atatürkə hörmətsizlikdir..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün ölümünün 76-cı ildönümü münasibətilə təşkil olunan mərasimə qatılıb.

Axar.az xəbər verir ki, Ərdoğan Atatürkü dərin hörmətlə yad etdiyini deyib:

"Qazi Mustafa Kamalı dərin hörmətlə anırıq. Qazilərimizə və əziz şəhidlərimizə də minnətdarlığımızı ifadə edirik. Allah onlardan razı olsun. 76 il olduğu kimi, bu gün də, bundan sonra da hər il noyabrın 10-u Atatürk günü adlandırılacaq. Bir məsələni səmimi qəlbdən demək istəyirəm. Təəssüf ki, Mustafa Kamalı olmadığı kimi, çox fərqli şəkildə tarixi fiqura çevirmək istədilər. Tarix boyu onun haqqında yanlışlıqlar yayıldı. Bu zaman ərzində çox sayda Atatürk, Atatürkçülük düşüncəsi çıxarıldığını kədərlə izlədik. Türkiyənin uşaqlarının və gənclərinin onu anlaya bilməsi, öyrənməsi mənim də ən böyük arzularımdan bir olub. Ən azı iki Atatürk fiqurunun yaradılması Atatürkün qavranılmasında çətinlik yaradıb. Bu ona hörmətsizlikdir. O öz millətindən ilham alırdı. Lakin bizim nəsildən əvvəl və sonra gələnlər Qazi Mustafa Kamalı bəzi süzgəclərdən keçirməklə bizə ayrı cür təlqin etdilər. Usta duruşu, həyatı boyunca tez-tez ifadə etdiyi milli iradə vurğusu həmişə arxa plana atıldı təəssüf ki...

Yeni Türkiyə planımız ilk dəfə Qazi Mustafa Kamal tərəfindən dəfələrlə söylənib. Bizim yeni Türkiyə həsrətimiz elə Mustafa Kamalın söylədiyi yeni Türkiyədir".

Xatırladaq ki, Atatürk 10 noyabr 1938-ci il tarixində saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilsə də, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm