Dünyanın Marsdan görüntüləri yayıldı - VİDEO
Bizi izləyin

Dünya

Dünyanın Marsdan görüntüləri yayıldı - VİDEO

NASA tərəfindən Marsa göndərilən kəşf robotu "Curiosity", qırmızı planetdən Dünyanın fotoşəkillərini çəkib. Görüntülərdə Marsın gecə mənzərəsiylə yanaşı Yer və Ay, obyektivə iki parlaq nöqtə olaraq əks olunub.

Amerika Milli Aviasiya və Kosmos Dairəsinin (NASA) Marsda vəzifə yerinə yetirən kəşf robotu Curiosity, 31 yanvarda Yerin fotoşəkillərini çəkib.

Qırmızı planetdə günəş batdıqdan təxminən 80 dəqiqə sonra yuxarı kamerasını kosmos boşluğuna yönəldən kosmos vasitəsinin çəkdiyi fotoşəkildə qırmızı planetin gecə mənzərəsi görülür.

Fotoşəkillərdə ən diqqət çəkən iki parlaq nöqtə isə Yer və peyki Aydır. Elm adamları bildirirlər ki, "Əgər Marsda olsaydıq, gecə vaxtı çılpaq gözlə səmaya baxaraq Dünyanı və Ayı rahatlıqla görə bilərdik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm