İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib
Bizi izləyin

Dünya

İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib

Bu gün səhər İran Parlamentinin qarşısında 100-dən çox kənd təsərrüfatı üzrə mühəndis etiraz aksiyası keçirib. Bu barədə İRNA agentliyi məlumat verir.

Bu gün səhər İran Parlamentinin qarşısında 100-dən çox kənd təsərrüfatı üzrə mühəndis etiraz aksiyası keçirib. Bu barədə İRNA agentliyi məlumat verir.

Məlumata əasən, etirazçılar Parlament nümayəndələrindən gələn ilin büdcəsində (İranda il martın 21-də dəyişir) onların işlə təmin olunması üçün vəsaitin ayrılmasını və 2010-cu ildə kənd təsərrüfatı üzrə mühəndislərin işlə təmin olunması üçün təsdiq olunan lakin indiyədək icra olunmayan qanunun icrasını tələb ediblər.

Etirazçılar əllərində üzərində "Bizim işlə təmin olmamız üçün büdcə ayırın", "2010-cu ildə təsdiqlənmiş qanunu icra edin" yazılan plakatlar daşıyıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm