Məktəbdə partlayış: 48 ölü, 79 yaralı - FOTO
Bizi izləyin

Dünya

Məktəbdə partlayış: 48 ölü, 79 yaralı - FOTO

Nigeriyanın şimal-şərqində Yobi ştatının Potiskum şəhərindəki məktəbdə terror aktı törədilib.

Publika.az xəbər verir ki, kamikadzenin məktəbə hücumu nəticəsində çox şagird olmaqla azı 48 nəfər həlak olub. Məktəb formasında olan kamikadzenin bombanı şagirdlərin səhər toplantısı vaxtı partlatdığı bildirilir.

Səhiyyə işçiləri hadisə zamanı 79 nəfərin yaralandığını deyir. Onlardan çoxu ağır vəziyyətdədir.

Terror aktının məsuliyyətni öz üzərinə götürən olmasa da, Boko Haram qruplaşmasından şübhələnilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm