Dünya
İŞİD liderinin ölüsünün şəkili yayıldı
İŞİD-ə yaxın qaynaqlar Əbubəkr Bağdadinin hava hücumu nəticəsində həlak olduğunu təsdiqləyiblər.
Qeyd edək ki, koalisiya güclərinin hava hücumu nəticəsində Bağdadinin yaralandığı bildirilmişdi. Terror təşkilatın sözcüsü Əbu Məhəmməd əl-Adnani Twitter hesabında Bağdadinin yaralandığını, ancaq vəziyyətinin yaxşı olduğunu bildirmişdi: «Xəlifənin ölməsi ilə xilafətin sonunun çatdığını düşünürsünüz?»
Bu gün isə artıq Bağdadinin və onun sağ qolu sayılan Abdülrəhman Ələfərinin öldüyü təsdiqlənib.
İŞİD-ə yaxın Twitter hesabında məsələ ilə əlaqədar «Əbubəkr Bağdadinin ölüdürlməsi ilə bağlı detalları paylaşacağıq və qısa zamanda yeni bir xəlifə namizədi müəyyənləşdirəcəyik» deyə bildirilib.
Reuters-in İraq Dövlət Televiziyasına istinadən məlumatına görə, İŞİD lideri İraqın Fəllucə şəhərində hava əməliyyatları zamanı həlak olub.
ABŞ Müdafiə Nazirliyinin sözcüsü Stiven Varren isə Bağdadinin vəziyyətindən xəbərsiz olduğunu bəyan edib.
Qeyd edək ki, bir müddət öncə koalisiya qüvvələrinin Mosulda İŞİD-lə bağlı hava əməliyyatları zamanı ağır yaralanan İŞİD lideri Əbubəkir Əl-Bağdadiyə aid olduğu iddia edilən bir foto PYD və YPG-nin üzvlər tərəfindən paylaşılmışdı. Həmin fotonu təqdim edirik.
FaktXəbər.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!