İsraildə bıçaq terroru
Bizi izləyin

Dünya

İsraildə bıçaq terroru

İsrailin Təl-Əviv və Qərbi Şəriə şəhərlərində yəhudilərə bıçaqla hücum təşkil edilib. İsrail hökuməti hücumu “fələstinlilərin təşkil etdiyi terror hücumu” adlandırıb.

Publika.az xəbər verir ki, Təl-Əvivdə hücum nəticəsində yaralanan İsrail əsgərinin xəstəxanada öldüyü bildirilir. Qərbi Şəriədə baş verən bıçaqlı hücumda isə israilli qadın ölüb və iki israilli də yaralanıb.

İsrail ordusundan verilən açıqlamada “20 yaşlı Almoq Şilony müalicə olunduğu xəstəxanada həlak olub. Şilony bu gün Təl-Əvivdəki Hahaqana dəmiryol vağzalında fələstinli tərəfindən bıçaqlanmışdı” deyilir.

Qərbi Şəriədə bir fələstinlinin üç israillini bıçaqladığı iddia edilib. İsrail polisi məsələyə dair açıqlamasında “baş verən bıçaqlı hücumda bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Qatil polis tərəfindən vurulub”, - deyə qeyd edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm