Poroşenko Üçüncü Dünya müharibəsindən danışdı
Bizi izləyin

Dünya

Poroşenko Üçüncü Dünya müharibəsindən danışdı

“Mən müharibəni başa çatdırmaq və heç kimə Üçüncü Dünya müharibəsinə başlamaq şansını verməmək istəyirəm”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna dövlət başçısı “Tvitter” səhifəsində yazıb.

Xatırladaq ki, Ukraynanın şərqində rusmeyilli separatçılarla Ukrayna antiterror qüvvələri arasında aprel ayında başlayan döyüş əməliyyatları sentyabrın 5-də Minskdə imzalanan atəşkəs razılaşması ilə başa çatıb. Lakin atəşkəs rejimi mütəmadi pozulur və tərəflər bir-birini ittiham edir.

Ukraynalı hərbi ekspertlər isə Rusiyanın Donbas hövzəsinə böyük miqdarda hərbi texnika və canlı qüvvə yerləşdirməkdə davam etdiyini və yeni hərbi əməliyyatlara hazırlaşdığını iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm