“CNN” Rusiyanı tərk edir
Bizi izləyin

Dünya

“CNN” Rusiyanı tərk edir

Qorbaçovun vaxtında Rusiyaya dəvət edilən ilk Qərb televiziya kanalı olan “CNN” Putinin senzuralarından sonra ölkəni tərk etmək qərarı verib.

Publika.az xəbər verir ki, ABŞ-ın “CNN” televiziya kanalı Rusiyanı tərk edəcək. Bu barədə “CNN” televiziyasının daxil olduğu Turner Broadcasting System (TBS) şirkətindən açıqlama verilib.

Açıqlamada televiziya kanalının Rusiyadan çıxmasının səbəbi kimi xaricilərin mediadakı əməkdaşlığına dair qanuna dəyişiklik edilməsi göstərilib. Bu qərarda həmçinin ticarət və siyasi səbəblərin rol oynadığı da bildirilib.

Sovet İttifaqı zamanı 1989-cu ildə Mixail Qorbaçov tərəfindən Rusiyaya dəvət edilən “CNN” kanalı 2014-cü ilin 31 dekabr tarixindən etibarən Rusiyada fəaliyyətini dayandıracaq.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm