Qaradərililər və müsəlmanlar da ku-kluks-klan üzvü olacaq
Bizi izləyin

Dünya

Qaradərililər və müsəlmanlar da ku-kluks-klan üzvü olacaq

Amerika Birləşmiş Ştatlarında ən gizli təşkilatlardan biri də ku-kluks-klan-dır.

Ultrasağ, millətçi bir təşkilat olaraq 1865-ci ildə, vətəndaş müharibəsindən dərhal sonra yaradılıb.

Təşkilat irqçiliyi, millətçiliyi, daha sonralar antikommunizmi təbliğ edirdi. Minlərlə afroamerikalı və onların hüquqlarını qoruyan şəxslər ku-kluks-klan tərəfindən linç edilib. Adətən, təşklilatın edam etdiyi şəxslər böyük xaçlara bağlanaraq yandırılırdı.

Təşkilatın çiçəkləndiyi vaxtlarda 6 milyonadək üzvü olub. Hazırda bu rəqəm 5-8 min aralığındadır.

Lakin bu yaxınlarda verdikləri radikal qərarla təşklat yenə ABŞ mediasının gündəmini zəbt edib. Bu qərar, həqiqətən, inqilabi qərardır.

Publika.az “The Independent” qəzetinə istinadə xəbər verir ki, bundan sonra qaradərili amerikalılar, həmçinin müsəlmanlar və seksual azlıqların nümayəndələri də ku-kluks-klan üzvü ola biləcəklər.

Bu haqda klanın zabitlərindən biri Con Abarr məlumat verib:

“Montana ştatında “Qayalıqlar cəngavərləri”adlı qrup yaratdıq. Köhnə ideologiyadan - irqçilik, millətçilikdən imtina etdik. Daha tonqallarda heç kim yanmayacaq. Qaradərililər və müsəlmanlar da cəngavərliyə qəbul olunacaq. Dəyişməyən yalnız uniformamız olacaq - ağ paltar və kopyuşon”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm