Əfqanıstanda ötən il 3 minə yaxın mülki vətəndaş qətlə yetirilib
Bizi izləyin

Dünya

Əfqanıstanda ötən il 3 minə yaxın mülki vətəndaş qətlə yetirilib

Passiv müharibənin davam etdiyi Əfqanıstanda ötən il 3 minə yaxın mülki vətəndaş silahlı hücumların qurbanına çevrilib.

Passiv müharibənin davam etdiyi Əfqanıstanda ötən il 3 minə yaxın mülki vətəndaş silahlı hücumların qurbanına çevrilib.

Əfqanıstandakı son durumla bağlı məruzə yayan BMT, bu ölkədə 2009-cu ildən bu yana vəzyyətin daha da pisləşdiyi diqqətə çatdırıb. Ötən il ümumilikdlə 2959 dinc sakin qətlə yetirilib ki, onlar arasında 561 uşaq, 235 qadın da var.

Terror aktları və hərbi reydlərdə 6 minə yaxın mülki vətəndaş xəsarət alıb. Əfqanıstana yardım missiyasının rəhbəri Yan Kubisin sözlərinə görə, qeydə alınan tələfatın 34 faizi məhz minaların və digər partlayıcı qurğuların partlaması nəticəsində baş verib. Bu göstərici talibanla hərbçilər arasında baş verən toqquşmalarda qeydə alınan tələfatdan daha yüksəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm