Eboladan sağalan qadın səhiyyə nazirini məhkəməyə verdi
Bizi izləyin

Dünya

Eboladan sağalan qadın səhiyyə nazirini məhkəməyə verdi

Afrika qitəsindən kənarda ilk dəfə Ebolaya tutulan İspaniyalı tibb bacısı Tereza Romero məhkəməyə müraciət edib.

Publika.az-ın məlumatına görə, T.Romero xəstəlikdən tam sağalıb və şərəfinə dəymiş ziyana görə təminat tələb edir.

O, xəstəliyə yoluxduğu günlərdə Madrid səhiyyə naziri Cavier Rodriquezin tənqidinə məruz qalmışdı. Səhiyyə naziri T.Romeronu həkimlərə gec məlumat verdiyinə görə tənqid edib “qoruma paltar geyinmək üçün xüsusi dərəcə almağa ehtiyac yoxdur”, “bəziləri tez, bəziləri gec başa düşür”, “saç ustasının yanına getməyə vaxt tapa bilibsə, demək, vəziyyəti pis deyil” kimi ifadələr işlətmişdi.

T.Romero isə xəstəxanadan çıxdıqdan sonra verdiyi açıqlamada ona qarşı bu ifadələri işlətməklə, onun özəl həyatı və şərəfinə toxunduqlarını bildirib. O, 150 min avro təzminat tələbi ilə səhiyyə nazirini məhkəməyə verdiyini bildirib. T.Romero həmçinin xəstəlik aşkarlandıqdan sonra ondan və həyat yoldaşından icazə almadan itinin də öldürülməsinə görə də ayrıca təzminat tələb edəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm