Dünya
ABŞ-dan Bağdadi açıqlaması
Rəsmi Vaşinqton İŞİD lideri Əbubəkir Bağdadinin koalisiya qüvvələri tərəfindən təşkil edilən hava hücumu zamanı yaralanması və ya öldürülməsi ilə bağlı mətbuatda gedən xəbərlərlə münasibət bildirib.
Publika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Cen Psaki Vaşinqtonda təşkil edilən gündəlik mətbuat konfransında bununla bağlı açıqlama verib. Psaki jurnalistlərdən birinin “noyabrın 7-də Mosul ətrafında təşkil edilən hava hücumu zamanı İŞİD lideri Əbubəkir Bağdadinin yaralandığı və ya öldüyü barədə xəbərlər yayılıb. Sizdə bunu təsdiq edəcək bir məlumat varmı” sualını cavablandırıb: “Dəqiq məlumatımız yoxdur. Amma yenə də bildiklərimi deyim. Bu cür məlumatları koalisiya ortaqlarımız və kəşfiyyat orqanlarımızla müzakirə edirik.
Koalisiya qüvvələri noyabrın 7-də İŞİD liderinin Mosul ətrafında bir toplantı keçirəcəyinə dair kəşfiyyat əldə edib. Nəticədə Mosul ətrafında olan 10 silah dolu avtomobil karvanına hava hücumu təşkil edilib. Bağdadinin o kravanda olub-olmadığını dəqiq bilmirik. Ancaq İŞİD terror təşkilatını hədəf almağa davam edəcəyik. Bu məsələdə hələlik məlumatımız bu qədərdir”.
Qabil
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO