“Dnestryanı Moldova Respublikası” da baş qaldırır…
Bizi izləyin

Dünya

“Dnestryanı Moldova Respublikası” da baş qaldırır…

“Dnestryanı Moldova Respublikası” nəticələrin beynəlxalq cəmiyyət tərəfindən tanınması şərti ilə öz müqəddəratını təyinetmə haqqında daha bir referendum keçirməyə hazırdır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qondarma qurumun “prezident”i Yevgeni Şevçuk bildirib.

“Bu, münaqişənin nizama salınması üçün ən qısa yollardan biridir. Münaqişə zonasında yaşayan insanlar da bunu arzu edirlər. Biz bir daha müqəddəratını təyinetmə haqqında referendum keçirməyə hazırıq. Amma bir şərtlə ki, Dnestryanı xalqın iradəsinə hörmətlə yanaşacaqlar", - deyə Şevçuk jurnalistlərə açıqlamasında deyib.

Dnestryanı əhalisinin 60 faizini ruslar və ukraynalılar təşkil edir. Moldova hakimiyyəti 1992-ci ildə Dnestryanı ərazi üzərində faktiki olaraq nəzarətini itirib. Moldova Dnestryanı əraziyə vahid dövlət tərkibində muxtariyyəti təklif etsə də, Moskvanın dəstəklədiyi “Dnestryanı Moldova Respublikası” müstəqilliyinin tanınmasını tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm