Koalisiya gücləri İŞİD-i bombaladı
Bizi izləyin

Dünya

Koalisiya gücləri İŞİD-i bombaladı

ABŞ-ın liderlik etdiyi koalisiya güclərinə aid təyyarələr İŞİD terror qruplaşmasının Kobanidəki hədəflərini bombalayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, terror təşkilatı İŞİD-lə bəzi kürd qrupları arasında Kobanidəki qarşıdurmalar şəhərin qərb hissəsində güclənib. Tərəflər arasında təxminən iki aydır davam edən qarşıdurmalar son 10 gündə azalmışdı.


Ağır silahlardan istifadə edildiyi qarşıdurmalarda yüksələn duman Türkiyənin Suriya sərhədindəki Suruç yaşayış məntəqəsindən açıq görünür. Türkiyə təhlükəsizlik güclərinin sərhəd xəttindəki təhlükəzilik tədbirləri gücləndirdiyi bildirilir.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm