Müstəqillik günündə 215 nəfər həbs olundu
Bizi izləyin

Dünya

Müstəqillik günündə 215 nəfər həbs olundu

Polşanın müstəqillik günü kütləvi həbslərlə başa çatıb. Varşava polisi Müstəqillik Marşında iştirak edən 215 təcavüzkar nümayişçini saxlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “TVN24” telekanalı bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təntənəli yürüşün iştirakçıları arasında yaranmış qarşıdurma nəticəsində dörd nəfər, həmçinin iki polis zabiti zərər çəkib. Toqquşmalar Milli Stadionun yaxınlığında başlayıb.

Polisdən verilən məlumata görə, dələduzlar qrupu polislərə hücüm edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları yürüşün digər iştirakçılarından təcrid ediblər. Dələduzlar qrupunun polisin üzərinə daş və digər əşyalar atmasından sonra polis təzyiqli su ilə cavab verməyə, onların bir hissəsini saxlamağa məcbur olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm