ABŞ İranın dini liderinə cavab verdi
Bizi izləyin

Dünya

ABŞ İranın dini liderinə cavab verdi

ABŞ İranın dini lideri Əli Xameneyinin “Twitter” hesabından “İsrailin yox edilməsi” məzmunlu paylaşıma cavab verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki “Bu ifadələr təcavüzkar və qınanmaya açıqdır” deyib.

“İran dini liderinə məxsus bir “Twitter” hesabından İsraillə əlaqədar səslənən nifrət dolu ifadələri sərt şəkildə qınayırıq. Bu ifadələr təcavüzkar və qınanmaya açıqdır. Bütün beynəlxalq cəmiyyət belə bir ifadəni qınamalıdır. Bu ifadə? çox təəssüf ki, yeni olmadığı kimi regional təhlükəsizlik üçün də kömək etməyəcək”, - ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm