AB-dən Türkiyədəki suriyalı qaçqınlara dəstək
Bizi izləyin

Dünya

AB-dən Türkiyədəki suriyalı qaçqınlara dəstək

Avropa Birliyi (AB) Türkiyəyə sığınan 1,5 milyondan artıq suriyalı qaçqın üçün yardım paketi hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə AB Xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerininin Türkiyə üzrə məsləhətçisi Qils Portman məlumat verib.

Birlik rəsmisinin sözlərinə görə, yardım paketi Türkiyəyə təqdim edilib: “AB Suriyadan Türkiyəyə köç etmiş qaçqınlar üçün yardım paketini hazırlayaraq Türkiyə hökumətinə təqdim edib. Qurum Türkiyənin cavabını gözləyir. Yardım paketi qəbul olunarsa, suriyalıların yaşadığı düşərgələrdə təhsil və səhiyyə ocaqları, peşə məktəbləri fəaliyyət göstərəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm