Yəhudilər məscidə od vurdular
Bizi izləyin

Dünya

Yəhudilər məscidə od vurdular

Bu gün səhər Ramalla şəhəri yaxınlığındakı kəndlərdən birində məscid yandırılıb.

Publika.az Fələstin informasiya agentliklərinin məlumatına əsasən xəbər verir ki, hadisə Eyn Mrar kəndində baş verib.

Saat 03:30-da məscidə namaz qılmağa gedən adamlar onun yandırıldığını görüblər. Fələstinlilər iddia edir ki, yanğını bura köçürülən yəhudilər törədib.

Polis isə məlumat verib ki, hadisədən dərhal sonra iğtişaşlar başlayıb. Ona görə baş vermiş olayın istintaqını aparmaq olmur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm