Bağdadinin vəziyyəti ağırdır – yeni İDDIA
Bizi izləyin

Dünya

Bağdadinin vəziyyəti ağırdır – yeni İDDIA

ABŞ-ın hava hücumu nəticəsində yaralandığı iddia edilən İŞİD lideri Bağdadinin vəziyyətinin ağır olduğu məlum olub. Bölgədəki mənbələrin verdiyi məlumata görə Bağdadi iki ayrı xəstəxanada müalicə olunduqdan sonra təhlükəsiz bir yerə aparılıb.

Publika.az “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, İŞİD liderinin avtomobil karvanı noyabrın 7-də İraqın Mosul vilayətindən Suriyanın Rakka şəhərinə gedən zamanı ABŞ qırıcıları tərəfindən vurulub. İddiaya görə, Bağdadi hücum nəticəsində ağır yaralanıb.

Xatırladaq ki, Bağdadinin yaralanması xəbərindən sonra ABŞ Dövlət Katibliyinin sözçüsü Cen Psaki dünən Vaşinqtonda təşkil edilən gündəlik mətbuat konfransında bununla bağlı açıqlama verib. Psaki jurnalistlərdən birinin “noyabrın 7-də Mosul ətrafında təşkil edilən hava hücumu zamanı İŞİD lideri Əbubəkir Bağdadinin yaralandığı və ya öldüyü barədə xəbərlər yayılıb. Sizdə bunu təsdiq edəcək bir məlumat varmı” sualına Psaki “Dəqiq məlumatımız yoxdur. Amma yenə də bildiklərimi deyim. Bu cür məlumatları koalisiya ortaqlarımız və kəşfiyyat orqanlarımızla müzakirə edirik” deyib.

Qeyd edək ki, iki gün öncə Bağdadinin ölüm xəbəri yayılmışdı.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm