Almaniya Ərdoğanın bu çıxışından danışır: görün, Ştaynmayerdən nə tələb edib
Bizi izləyin

Dünya

Almaniya Ərdoğanın bu çıxışından danışır: görün, Ştaynmayerdən nə tələb edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Publika.az xəbər verir ki, prezident kompleksində baş tutan ikitərəfli görüşdən sonra keçirilən mətbuat konfransında mühüm məsələlər müzakirə olunub.

Ştaynmayerin prezident kimi Türkiyəyə ilk səfəri olduğu üçün böyük diqqət çəkən görüş alman mediası tərəfindən anbaan izlənilib. İclasda müzakirə olunan məsələlər ilk olaraq Almaniyanın gündəliyinə daxil olub.

ZDF kanalı Almaniya-Türkiyə dostluğuna diqqət çəkib:

“Bir-birimizə ehtiyacımız var. Türkiyə ilə əlaqələr canlanmalıdır. İki ölkə arasında eniş-yoxuşlar olsa da müsbət addımlar atılır”.

“Frankfurter Allgemeine” qəzeti Ərdoğanın açıqlamalarına geniş yer ayırıb. Qəzet Almaniya prezidentinin mətbuata açıqlamasında hər iki ölkənin ortaq maraqlarını vurğulamağa çalışdığını qeyd edib: “Ştaynmayerlə Ərdoğan arasında keçirilən görüş gözləniləndən üç dəfə maraqlı və əhəmiyyətli keçdi”.

Digər tərəfdən, nəşr Ərdoğanın alman həmkarından daha cəsarətli açıqlamalar verdiyini diqqətə çatdırdı:

"Türkiyə prezidenti hər məsələdə olduğu kimi mübahisəli mövzularda da Ştaynmayerdən daha cəsarətlə danışdı. O, Almaniyadan silah ixracına qoyulan məhdudiyyətləri tamamilə aradan qaldırmasını tələb etdi", - deyə Ərdoğanın qətiyyətli mövqeyini saxladığı qeyd edilib.

Səfərin əhəmiyyətinə diqqət çəkən başqa bir alman mediası “Spiegel”dir. Nəşr "Hər iki ölkənin bir-birinə ehtiyacı olduğu bir həqiqətdir", - deyən Ştaynmayerin Türkiyə səfəri zamanı ikitərəfli fikir ayrılıqlarının da müzakirə edildiyi haqda məqalə dərc edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm