Bin Ladenin qatili müsahibə verdi: "Biz düşünürdük ki, bu, birtərəfli biletdir”
Bizi izləyin

Dünya

Bin Ladenin qatili müsahibə verdi: "Biz düşünürdük ki, bu, birtərəfli biletdir”

“Əl Qaidə” lideri Üsamə bin Ladeni öldürən “dəniz pişiyi” “Fox News” telekanala eksklüziv müsahibə verib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rob O'Nil əməliyyatın gedişatında sağ qalmağa ümidlərinin çox az olduğunu bildirib.

“Mən və yoldaşlarım əmin idik ki, tapşırığın icrası zamanı ya həlak olacağıq, ya da ömrümüzün qalan hissəsini Pakistan həbsxanasında başa vuracağıq. Biz hesab edirdik ki, bu bilet bir tərəfli olacaq. Biz ora heç vaxt geriyə qayıtmamaq üçün yola düşdüyümüzü hesab edirdik”, - deyə o deyib.

Rob O'Nil qeyd edib ki, bütün risklərə baxmayaraq, prezident Barak Obamanın başqa taktika seçəcəyinə ümid etmirmiş. O'Nil onu da bildirib ki, əməliyyatın iştirakçıları tapşırığın icrası üçün öz həyatlarını qurban verməyə hazır olublar: “Çünki hesab edirdik ki, bizim həyatımızın qurban verilməsi Bin Ladenin məhv edilməsinə dəyər. Biz həlak ola bilərdik ki, amma bu həyatdan ayrılmağın ən yaxşı üsuludur. Bin Laden bizimlə birlikdə öləcəkdi".

"Mən hələ də bunun mənim həyatımda ən yaxşı və ya ən pis hərəkət olduğunu anlamağa çalışıram”, – deyə Rob O'Nil ifadə edib.

ABŞ prezidenti Barak Obama 2 may 2011-ci ildə “dünyanın bir nömrəli terrorçusu”nun məhv edildiyini açıqlayıb. Rəsmi məlumatda deyilirdi ki, Bin Laden müqavimət göstərdiyi üçün Pakistanın Abbotad şəhərində öz evində başa açılan atəşlə öldürülüb. Onunla birlikdə böyük oğlu və arvadlarından biri həlak olub.

Qeyd edək ki, "Əl Qaidə" terror təşkilatının rəhbərini öldürən şəxsin O'Nil olması bir həftə əvvəl açıqlanıb. O'Nil 16 il ərzində xaricdə, həmçinin İraq və Əfqanıstanda əməliyyatlarda iştirak edib. O, bu illər ərzində 400 döyüş tapşırığını yerinə yetirib. Rob O'Nil Montana ştatının Byutt şəhərində böyüyüb. Onun "dəniz pişikləri"nə sonu müsbət nəticələnməyən sevgiyə görə qoşulduğu deyilir.

O'Nil hərbi xidmətdən vaxtından əvvəl ayrılması səbəbindən bəzi sosial üstünlüklərdən məhrum edilməsi səbəbindən adını açıqlayıb. Xüsusi təyinatlı qüvvələrin əməkdaşı hərbi qulluqda tələb olunan 20 il əvəzinə 16 il keçirdiyinə görə sosial üstünlüklərdən məhrum edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm