PKK-ya ağır zərbə - RƏSMİ
Bizi izləyin

Dünya

PKK-ya ağır zərbə - RƏSMİ

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Almaniya, Belçika, Hollandiya, Danimarka, Fransa və İspaniya kimi PKK-nın fəal olduğu ölkələrdə təşkilata qarşı əməliyyatlar həyata keçirildiyini açıqlayıb.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Çavuşoğlu PKK terror təşkilatının bir çox üzvünün yaxalandığını bildirib. Nazir Almaniyada son iki ildə 7 PKK üzvünün həbs olunduğunu xatırladıb. Xarici işlər naziri həmçinin kifayət qədər ciddi Avropa ölkələrində PKK-ya qarşı əməliyyatların keçirildiyini bildirib:

“Almaniya, Belçika, Hollandiya, Danimarka, Fransa və İspaniya kimi PKK-nın fəal olduğu ölkələrdə təşkilata maliyyə vəsaiti və döyüşçü təminatının qarşısını almaq üçün əməliyyatlar həyata keçirilib. Və bir çox PKK üzvü həbs edilib. Bu şəxslər haqqında istintaq hələ də davam edir. Nazirliyimiz tərəfindən də yaxından izlənilir”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm