Serj Sarkisyan yenidən Türkiyəyə dəvət olundu
Bizi izləyin

Dünya

Serj Sarkisyan yenidən Türkiyəyə dəvət olundu

Türkiyənin ana müxalifəti hesab olunan Cümhuriyyət Xalq Partiyası (CHP) 2015-ci ilin aprelində qondarma “erməni soyqırımı” məsələsini geniş müzakirəyə çıxaracaq.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı, tanınmış jurnalist-yazar Mustafa Balbay məlumat verib.

Onun sözlərinə görə, CHP rəhbərliyi gələn il İstanbulda qondarma “erməni soyqırımına” həsr olunan toplantıya Ermənistan prezidenti Serj Sarkisyanı da dəvət edəcək.

M.Balbay deyib ki, dünyada ermənilərin qondarma soyqırımı iddialarına haqq qazandıran kitabların 40 min, türklərin iddialarına haqq qazandıran kitabların sayı isə 60 minə yaxındır: “CHP qondarma “erməni soyqırımı” iddialarının ortaya atılmasının 100 illiyi ərəfəsində bu məsələni Türkiyədə gündəmə gətirəcək. Gələn ilin aprel ayınadək olan 5 ayda CHP bununla bağlı 3 böyük toplantı keçirməyi düşünür. Həmin toplantılardan biri də 2015-ci ilin aprelində CHP-nin ev sahibliyi edəcəyi tədbir olacaq. Bu tədbirə dünyanın ayrı-ayrı ölkələrindən tanınmış tarixçilər dəvət olunacaq”.

CHP-li deputat Ermənistan prezidentinə də müraciət edib: “Ermənilərə əsas çağırışımız odur ki, biz CHP olaraq bu məsələni təkcə özümüz deyil, dünya tarixçiləri ilə bir yerdə müzakirə etmək istəyirik. Bu toplantıya sizin də gəlməyiniz vacibdir. Siz də gəlin və həqiqətlərə bir daha gözlərinizlə şahid olun”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm