Cübbəli Əhməd Hoca kosmosla məzələndi: “Marsda su, ət, bud varmı...” – VİDEO
Bizi izləyin

Dünya

Cübbəli Əhməd Hoca kosmosla məzələndi: “Marsda su, ət, bud varmı...” – VİDEO

“Gic-gic işlərdir. Pulu mənə ver, deyim”.

Publika.az “Akhaber.com”a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi (AKA) tərəfindən “Philae” kosmik gəmisinin kosmosa göndərilməsi türkiyəli din xadiminin etirazına səbəb olub. Türkiyənin məşhur din xadimlərindən biri, İsmayıl Ağa camaatının liderlərindən olan, Cübbəli Əhməd Xoca olaraq tanınan Mahmud Ünlü kosmosa 1 milyard avroya başa gələn peyk göndərilməsini lağa qoyub. Milyardlarla dollarlıq yatırımın cahillik olduğunu deyən Əhməd “nə cahil adamlarsınız. Quranda var, hədisdə var” deyə qeyd edib.

Yeni texnologiyalara, kosmik araşdırmalara milyard dollarlıq büdcələr və böyük vaxtlar ayrıldığını deyən Əhməd Xoca “hələ birinci qat göyün aşağısında olan planetlər və ulduzlar haqqında “Marsda su varmı? Merkuridə ət varmı? Bud varmı?” deyə araşdırırlar. Gic-gic işlərlə məşğuldurlar. Gəl mən sənə həqiqəti deyim. Sən ora çıxmasan, dünya dağılacaq?” deyib.

Cübbəli Əhməd söhbətinin davamı olaraq, kosmik araşdırmalara havayı yerə xərc çəkildiyini də vurğulayıb: “Versinlər mənə 100 min dolları, hər şeyi onlara deyim”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm