Anti-Sərkisyan düşərgəsində daha bir partiya
Bizi izləyin

Dünya

Anti-Sərkisyan düşərgəsində daha bir partiya

Ermənistan hakimiyyətinə qarşı radikal mövqedə dayanan müxalifətin sıraları genişlənir.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın “Orinas yerkir” Partiyası “müxalifət üçlüyü”nə qoşula bilər.

Məlumata görə, partiya sədri Artur Baqdasaryan bu günlərdə paytaxt restoranlarından birində “Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyanla görüşüb. Ehtimal olunur ki, görüşdə “Orinas yerkir” Partiyasının “müxalifət üçlüyü”nə qoşulması məsələsi ətrafında müzakirələr olub.

Qeyd edək ki, Ermənistan müxalifəti ilk vaxtlar “dördlük” şəklində birləşib. Burada “Çiçəklənən Ermənistan”, “İrs” və “Daşnaksütyun” partiyaları və Erməni Milli Konqresi təmsil olunub. Lakin sonradan “Daşnaksütyun” Partiyası konstitusiya dəyişiklikləri məsələsində mövqeyini digər qüvvələrdən fərqli olduğunu əsas gətirərək “dördlüyü” tərk edib.

“Üçlüyün” oktyabrın 10-da keçirilən ümumxalq mitinqində Erməni Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan bildirmişdi ki, “Orinas yerkir”in ümumxalq hərəkatı ilə hər hansı əlaqəsi yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm