İŞİD Əl-Nusranın liderlərini edam etdi
Bizi izləyin

Dünya

İŞİD Əl-Nusranın liderlərini edam etdi

İŞİD terror təşkilatının Əl-Qaidənin Suriya qolu olaraq tanınan Əl-Nusranın iki liderini edam etdiyi məlum olub.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidəçilər Mərkəzi Əl-Nusra terror təşkilatlarının liderlərinin Rakkada edam edildiyini açıqlayıb.

Suriya İnsan Hüquqları Müşahidəçilər Mərkəzi tərəfindən verilən açıqlamada edam edilən iki liderin bir müddət əvvəl Əl-Nusradan ayrılaraq İŞİD-ə qoşulduğu qeyd olunub. Açıqlamada liderlərin adları açıqlanmasa da, həmin şəxslərin İŞİD-ə qarşı müharibə elan etmək ittihamı ilə edam edildikləri bildirilib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm