“İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik” - Ərdoğan
Bizi izləyin

Dünya

“İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın günlərdə İraqın şimalında və Suriyada yerləşən PKK yaraqlılarına qarşı sərhədyanı əməliyyatlar keçirməyi planlaşdırdığını açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Ankarada Nazirlər Kabinetinin iclasından sonra deyib.

“İraq və Suriyadakı əməliyyatlarımız nəticəsində manevr imkanları xeyli daralmış terror təşkilatına yaxın günlərdə son zərbəni endirəcəyik”, - Ərdoğan bəyan edib.

Türkiyənin həmsərhəd ölkələrinin şimalında təhlükəsizlik zonasının yaradılması planlarına toxunan Ərdoğan “yarımçıq qalan işləri lazımi vaxt gəldiyində mütləq başa çatdıracaqlarını” vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm