Sülhə gedən yeganə yol döyüş meydanından keçir - Stubb
Bizi izləyin

Dünya

Sülhə gedən yeganə yol döyüş meydanından keçir - Stubb

Finlandiya prezidenti Aleksandr Stubb deyib ki, Ukraynada sülhə gedən yeganə yol hərbi əməliyyatlardan keçir.

Publika.az xəbər verir ki, onun fikirlərini "Frankfurter Allgemeine Zeitung" nəşri sitat gətirib.

Stubbun sözlərinə görə, o, gələn il "razılaşmaya yol açacaq" vəziyyətin yaranacağını təklif edib, lakin bu gün bunun vaxtı çatmayıb.

"İndi sülhə gedən yeganə yol döyüş meydanından keçir", - deyə prezident qeyd edib.

Finlandiya prezidenti daha əvvəl müharibədən qaçmağı “ən yaxşı yol” adlandırmışdı.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm