Dünya
Sabiq prezidentlər Kiyevi separatçılara ultimatum verməyə çağırdı
“Müxtəlif formatlarda beynəlxalq danışıqlar real nəticələr gətirmədi və Donbas hövzəsində separatçılar Rusiyanın böyük geosiyasi oyununda alət olaraq qalır”.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözlər Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk və Viktor Yuşenkonun Ukraynada siyasi vəziyyət haqqında birgə bəyanatında yer alıb.
Sabiq prezidentlət hesab edir ki, rəsmi Kiyev Donbas hövzəsindəki separatçılara ultimatum irəli sürməlidir: “Separatçılara ultimatum vermək lazımdır ki, təslim olmaqdan imtina edənlər, insanları öldürməkdə və Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə davam edənlər məhv ediləcək. Müxtəlif formatlarda beynəlxalq danışıqlar Kremlin planlarında və Ukraynaya qarşı hibrid müharibə metodlarında heç bir dəyişikliyə gətirin çıxarmadı”, - deyə bəyanatda qeyd olunub.
ATƏT-in monitorinq missiyasının olmasına baxmayaraq, Ukrayna sərhədi vasitəsilə Rusiya qoşunları və hərbi texnikanın “humanitar yardımlar” adı ilə çox rahat şəkildə Ukraynaya keçdiyini vurğulayan sabiq prezidentlər hesab edir ki, bütün bu hərəkətlərə cavab olaraq Ukraynanın Silahlı Qüvvələri, eləcə də ictimai-iqtisadi və siyasi həyatda islahatlar keçirilməlidir.
“İşğal olunan ərazilərlə bağlı iqtisadi və sosial siyasəti dəyişdirmək lazımdır. Separatçılarn istifadə edə biləcəyi enerjidaşıyıcısıların çatdırılması və maliyyələşdirilməsini dayandırmaq lazımdır. Ukrayna büdcəsiisə ölkənin müstəqilliyini məhv etmək olmaz", - deyə Kravçuk və Yuşenko qeyd edirlər.
Ömər Dağlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK