Rusiya Arktikada yeni zenit-raket kompleksləri yerləşdirib
Bizi izləyin

Dünya

Rusiya Arktikada yeni zenit-raket kompleksləri yerləşdirib

Rusiya üç ədəd “Pantsir” zenit-raket kompleksini Novosibirsk adaları arxipelaqına daxil olan Kotelnıy Arktik adasında yerləşdirib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə sözügedən kompleksləri istehsal edən “Şeqlovskiy val” şirkətinin baş direktoru Vladimir Popov bildirib.

“Üç “Pantsir” kompleksi artıq Kotelnıy adasında istismar edilir. Onlar orada təlimlərdə iştirak ediblər və özlərini əla göstəriblər”, - deyə Popov vurğulayıb.

O, əlavə edib ki, 2017-2018-ci illərdə müəssisənin istehsal gücü 2,5-3 dəfə artacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm