Rusiya Ukraynadan meyit daşıyır
Bizi izləyin

Dünya

Rusiya Ukraynadan meyit daşıyır

Əsgər cənazələrinin daşınmasında istifadə olunan avtomobillər Rusiya-Ukrayna sərhədini keçərkən müşahidə olunublar.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in müşahidə missiyası məlumat yayıb. Müşahidə missiyasının sonuncu hesabatında üzərində “Yük 200” yazılmış avtomobillərin ötən gün separatçıların nəzarətində olan Donetsk bölgəsinə keçərək elə həmin axşam geri qayıtdığı bildirilib. Rusiyaya qayıdan avtomobilin təftiş edilməsinə izn verilmədiyi deyilir.

Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində döyüşdə həlak olanlar “Yük 200” adlandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm