Yeni Kaledoniyada iğtişaşlar səngimir: Makron Müdafiə Şurasının iclasını çağırdı
Bizi izləyin

Dünya

Yeni Kaledoniyada iğtişaşlar səngimir: Makron Müdafiə Şurasının iclasını çağırdı

Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyadakı iğtişaşlar səbəbindən cümə axşamı günü yeni müdafiə iclası keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Yelisey Sarayından bildirilib ki, Makron cümə axşamı Yeni Kaledoniyadakı vəziyyətlə bağlı Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.

Makron həmçinin Yeni Kaledoniyanın seçilmiş nümayəndələrini Yelisey Sarayındakı görüşlərinin sonunda "videokonfrans mübadiləsi" keçirməyə dəvət edib.

Uzun müddətdir müstəqillik əldə etmək istəyən Yeni Kaledoniyada fransızların yerli seçkilərdə səs verməsinə icazə verən qanununun qəbuluna qarşı etirazlar bazar ertəsi başlayıb.

Qarşıdurma zamanı azı 3 nəfər ölüb, jandarmlar da daxil olmaqla 4 nəfər ağır yaralanıb. Ümumilikdə yaralıların sayı 300-ü ötüb.

Fransanın baş naziri Qabriel Attal mayın 15-i axşam saatlarında Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm