Güllələnən baş nazirdən xəbər var
Bizi izləyin

Dünya

Güllələnən baş nazirdən xəbər var

Slovakiyanın baş naziri Robert Fiko bu gün yenidən əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.

Publika.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak bildirib.

Kalinyak qeyd edib ki, həkimlərin baş nazirin sağalmağa doğru başladığını dəqiq söyləməsi üçün bir neçə gün vaxt lazımdır.

Xatırladaq ki, mayın 15-də R.Fikoya qarşı sui-qəsd törədilib. Baş nazir 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm